Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...


Bakı-Tbilisi istiqamətində qatar biletlərinin tapılmaması ilə bağlı narazılıqlar davam edir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyul ayı üçün qatar biletlərinin böyük hissəsi artıq tükənib və sərnişinlər geri dönüş bileti əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

Bizimesr.com bildirir ki, bu barədə Sosial Təşəbbüs MMC-nin eksperti Emil Maqalov paylaşım edib.

Onun sözlərinə görə, hazırda Gürcüstana təyyarə ilə gediş-dönüş biletlərinin qiyməti təxminən 400-500 manat arasında dəyişir. Qatar biletləri isə bəzi hallarda daha baha başa gəlir və ya ümumiyyətlə tapılmır.

"İnanmayanlar Azərbaycan Dəmir Yollarının rəsmi səhifəsindən yoxlaya bilərlər. İyul ayı üçün demək olar ki, bilet yoxdur. Hazırda yalnız müəyyən tarixlərə məhdud sayda bilet tapmaq mümkündür. Məsələn, 22 iyul tarixinə bilet almaq olar. Lakin həmin tarixdə gedən sərnişinin geri qayıtması üçün bilet tapılmır", – deyə Emil Maqalov bildirib.

Ekspert hesab edir ki, mövcud vəziyyət sərnişinlər üçün ciddi problemlər yaradır:"Əgər bu işi idarə etmək mümkün deyilsə, məncə quru sərhədlərin açılmasının vaxtı çatıb. Əgər qatar daşımaları ilə bağlı qərar verilibsə, bu sistem sərnişinlərin ehtiyaclarını qarşılayacaq şəkildə qurulmalıdır. Biletlərin qiymətlərinə baxmaq kifayətdir. Görək onlar həqiqətən təyyarə biletlərindən ucuzdurmu?"

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinə tələbat kəskin artıb. Bir çox sərnişinlər bilet satışa çıxarıldığı ilk günlərdə belə istədikləri tarixlərə yer tapa bilmədiklərini bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ; https://www.bizimesr.com/az/post/azerbaycanlilar-tbilisi-vagzalinda-qalib---qatar-biletleri-tapilmir-ady-cavab-vermir-22300

Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır


Səngəçal karvansarayı, adından da göründüyü kimi Bakıdan 40 km uzaqlıqda Qaradağ rayonunun Səngəçal qəsəbəsində, ümumi magistral yoldan 300-400 metr aralıda yerləşir. Tarixi mənbələrə görə, karvansaray 1439-40-cı illərdə Şirvanşah I Xəlilullahın tapşırığı ilə inşa edilib. İki mərtəbəli, dördkünc şəkildə tikilmiş karvansaray XIX əsrdən etibarən fəaliyyətini dayandırıb. Karvansaray baxımsız qaldığı üçün zamanla aşınıb, hazırda sıradan çıxmaq üzrədir. Ətrafını ot-alaq basıb, divarları dağılır.
Karvansarayın içərisini gəzərkən antik bir ab-hava hiss edilir. Tağlı otaqlar, bir-birinə keçidi olan dəhlizlər, aradan yüzillər keçsə belə hələ də əzəmətini itirməyən divarlar insanı əsrlər öncəyə aparır. Həyətində olan keçibuynuzu ağacının kölgəsi karvansarayın həyətinə xüsusi bir bəzək verir.

Təəssüf olsun ki, bu tarixi abidə məhv olmaq üzrədir. Baxımsızdır, ərazidə mal-qara saxlayanlar heyvanlarını otlamaq üçün bu əraziyə gətirir. Ətrafda olan ağaclar - iydə, əncir ərazidə gəzən heyvanlar tərəfindən məhv edilir. Yeri gəlmişkən qeyd edim ki, karvansarayın həyətində “Qırmızı kitab”a düşmüş yulğun kolları da var.

Əslində sual yaranar ki, "karvansaray təmir edilsə nə olcaq ki? Nə kimi fəaliyyət göstərə bilər?"

Birinci karvansaray gözəl tarixi üslubda tikildiyi üçün turistlərin diqqətini çəkə bilər. Təmir edilərsə, həyətində kiçik kafe fəaliyyət göstərə bilər ki, bu təcrübə Türkiyədə var. Türkiyədə tarixi abidələrdə kiçik kafelər fəaliyyət göstərir. Gələn tursitlər əvvəlcə abidəni gəzir, şəkillər çəkdirir, sonra həmin ərazidə istirahət edir, çay və ya kofe içib yola davam edirlər. Bunu etməyə Mədəniyyət Nazirliyinin maddi gücü çatmırsa, karvansarayın təmiri və kafe kimi fəaliyyət göstərməsi ilə bağlı tender keçirə bilər, həmçinin sahibkarlara güzəşt edərək, tarixi abidənin qorunması üçünbir addım ata bilər.

Səngəçal karvansarayı kimi yüzlərlə baxımsız və diqqətdən kənar qalan abidələrimiz var ki, onlara yeni ruh verib, turistlər üçün məkana çevirmək olar.

Azərbaycanda bəzi tarixi abidələri baxımsız bir vəziyyətdə sanki kənara atıblar. Bəzilərinin qapısını da qıfıllayıblar. Soruşsan, deyəcəklər ki, "qorunması üçündür".

Bizimyol.info

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...


Bir neçə gün öncə saytımız tərəfindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində baş vermiş "ekofəlakət"i işıqlandırandan sonra, 1 saylı Regional Ekologiya Və Təbii Sərvətlər Idarəsinin əməkdaşları sözügedən ünvana yollanıblar.
Etibarlı mənbəmizin verdiyi məlumata görə, yerli ekoloqların hesablamalarına görə, sözügdən yerdə dövlətə 7500 manatdan çox maddi ziyan dəyib.

Amma bu cəriməni azaldıb minimuma endirib yüngül bir cərimə yazmaq lazım olub.
Lerik rayon üzrə ekologiya müfəttişi bu saxta işin altına girmək istəmədiyi üçün, saxtakarlığı boynundan atıb.
Həmişəki ki, kimi Cəlilabad ərazisi üzrə ekologiya müfəttişi Talıb Kərimov sinəsin qabağa verərək, bu məsuliyyətli və saxta işin öhdəsindən layiqincə gələcəyini bildirib.
Talıb Kərimov ümumilikdə 7500 manatdan çox cəriməni minimuma endirərək "ağaclarınbudaması" adı ilə cəmi 200 manat cərimə yazıb. Yəni cinayət işini endirib inzibatə xətaya salıb.

Mənbə onu da bildirir ki, hazırda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi müavini ştatı boş olduğu üçün , bu yeri Rafiq müəllim Talıb Kərimova söz verib ki, səni yaxın günlərdə müavin vəzifəsinə gətirəcəyəm.(Dia-az)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 25-də havanın yağışlı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq.

İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA


43 saylı Yol İstismar İdarəsi MMC rəisini Sahil Babayevin yaxın qohumu tapşırdığı iddia edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə Vüsal Nəsirli təyin edildikdən sonra bu qurumda islahatlar aparılacağı gözlənilirdi. Ancaq Vüsal Nəsirlinin islahatları özünə yaxın bir neçə şəxsi AAYDA-da müxtəlif vəzifəyə gətirməklə kifayətlənib. Keçmiş sədr Saleh Məmmədovun komandasında təmsil olunan idarə rəisləri, şöbə rəisləri isə vəzifələrində qalmaqda davam edirlər.

Qeyd edək ki, Saleh Məmmədovun zamanında çalışan idarə rəislərinin böyük əksəriyyətinin adı korrupsiya iddalarında hallanıb.

AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi İlham Əzimovdur. AAYDA-da kadr islahatları başlayanda işdən çıxarılacaq şəxslərin siyahısında ilk onluqda adı olanlardan biri də məhz İlham Əzimov olub. Keçmiş sədr Saleh Məmmədovun komandasının əsas şəxslərindən biri hesab olunan İlham Əzimovun adı müxtəlif korruspsiya əməliyyatlarında çəklilir. Bərdədə "kiçik oliqarx" kimi tanınan İlham Əzimovun rəhbərlik etdiyi idarənin hesabına milyonlar qazandığı iddia edilir və bu böyük mənimsəmə iddaiaları əslində hüquqi araşdırma obyekti olmalıdır.

Buna baxmayaraq, Saleh Məmmədovun korrupsioner komandasının əsas üzvülərindən biri olan İlham Əzimov hazırda işinin başındadır.

Əldə etdiyimiz məlumata görə Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi AAYDA sədri Vüsal Nəsirli ilə münasibət qurmağa nail olub. Belə ki, İlham Əzimovu Maliyyə naziri Sahil Babayevin yaxın qohumlarından birinin Vüsal Nəsirliyə tapşırdığı bildirilir.

Qeyd edək ki, Vüsal Nəsirli Maliyyə naziri Sahil Babayevə yaxın kadrı kimi tanınır. Məlumata görə vəziyyətinin yaxşı olmayacağını görən İlham Əzimov Bərdə rayonundan olan Sahil Babayevlə əlaqələr qurmağa çalışıb və sonda nazirin çox yaxın qohumu ilə bu məsələnin həlli yolunu tapıb. Mənbə iddia edir ki, məhz Sahil Babayevin yaxın qohumu İlham Əzimovu Vüsal Nəsirliyə tapşırdıqdan sonra onun işdən azad olunması gündəlikdən qalxıb.

Qeyd edək ki, 43 saylı Yol İstismar İdarəsi MMC ölkədə ən çox şikayət olunan qurumlardan biri kimi tanınır. Bərdə rayonu və kəndlər arası yollar uzun müddətdir təmirsiz qaldığı üçün acınacaqlı vəziyyətdədirlər.

AzFakt.com

"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA


AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət rəhbərliyinin də adının hallandığı iddia olunur.

Yoxlamaların AZAL-ın nüfuzuna zərər vurmaması üçün ictimaiyyətdən gizli saxlanıldığı və işin geniş ictimaiyyətə açıqlanmadan daxildə həll olunmasına çalışıldığı bildirilir.

Hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, Naxçıvan istiqaməti üzrə bilet satışını həyata keçirən “Silk Row Travel” MMC-nin 2024-cü ildə satdığı biletlərdən əldə olunan təxminən 40 milyon manat vəsait Naxçıvan Hava Limanının yenidənqurma işlərinə və digər xərclərinə ayrılıb.

Mənbə iddia edir ki, həmin vəsaitin təxminən 25 milyon manatı real işlərə xərclənməyib, saxta sənədlərlə silinib. İddiaya görə, əvvəlki illərdə görülmüş işlər sonradan yeni iş kimi rəsmiləşdirilib, mövcud texnika və avadanlıqlar isə sənədlərdə yenidən alınmış kimi göstərilib.

Mənbə deyir ki, yoxlamalarda əsasən vəsaitin hara xərcləndiyi və kimlərin bu prosesdə iştirak etdiyi araşdırılır:

“Yoxlamalarda əsas məsələ həmin vəsaitin hara silindiyi və kimlər arasında bölündüyüdür. Pul guya Naxçıvan Hava Limanında yenidənqurma işlərinə ayrılıb. Amma realda ciddi iş görülməyib. Əvvəlki illərdə görülən işlər elə sənədləşdirilib ki, guya bu işlər 2024-cü ildə ayrılan vəsait hesabına görülüb. Mövcud texnika və avadanlıqlar da sənəd üzərində yenidən alınıb. Bu işdə hava limanının direktoru Salman Məmmədlinin və AZAL-ın digər vəzifəli şəxslərinin adı hallanır”.

Mənbənin sözlərinə görə, saxta sənədləşmə yalnız ümumi yenidənqurma işləri ilə məhdudlaşmayıb:

“Mühafizə çəpəri ilə bağlı da eyni üsuldan istifadə olunub. Çəpər standarta uyğun olmayıb, sadəcə hündürlüyü 60 santimetr artırılıb. Amma sənədlərdə guya 2 kilometr yeni çəpər çəkildiyi göstərilib. Şlaqbaum sistemi, yanacaq sərfiyyatı və işçilərin geyim formaları ilə bağlı da oxşar saxtalaşdırmalar var”.

Mənbə saxta sənədləşməyə nümunə kimi hava limanındakı masaj kreslolarını da göstərir:

“Hava limanının gözləmə zallarında olan masaj kresloları 2017-ci ildə alınmışdı. 2019-cu ildə üzlükləri cırıldığı və yararsız vəziyyətə düşdüyü üçün balansdan silinib zirzəmiyə qoyulmuşdu. Sonradan Salman Məmmədlinin köməkçisi Murad Hüseynov həmin kresloları təmir etdirib, guya yeni alınmış kimi sənədləşdiriblər. Hər bir kreslo 7 min 215 manatdan yenidən uçota alınıb.

Bu cür saxtalaşdırmalar təkcə masaj kresloları ilə bağlı deyil. Oturma divanları, stol-stullar və digər avadanlıqlar da sənədlərdə yenidən alınmış kimi göstərilib”.

Mənbə əlavə edir ki, yoxlamalar başlayandan sonra hava limanının direktoru Salman Məmmədlinin mənzilini satışa çıxardığı bildirilir:

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb. Maklerə də deyib ki, təmiri saxlayın, evi o vəziyyətdə satın. İşi rüşvətlə bağlamaq istəyir.”.

Bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Hava Limanında bilet satışı ilə bağlı yoxlamaların aparıldığı və bilet satışına məsul olan 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.

Həmin vaxt hava limanındakı mənbə bildirmişdi ki, bilet satışı ilə bağlı yoxlamalarda 2 milyon 135 min manat yeyinti aşkarlanıb.

Mənbə iddia etmişdi ki, bilet satışından yığılan pulların bir hissəsi hava limanının rəhbərliyinə çatdırılıb. Onun sözlərinə görə, təkcə aviakassadan hava limanının direktoru Salman Məmmədliyə aylıq 13 min manat pay verildiyi bildirilir.(Gündəlik Naxçıvan)


Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...


"Hər kəsə diqqətli olmağı məsləhət görürəm. Pullu abunəliyiniz olduğu halda, heç bir sübut olmadan sizi saxtakarlıqda ittiham edib hesabınızı bağlaya bilərlər..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Mələk Əzizova adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir:
"Mən "Push30" platformasının aktiv abunəçisiyəm, ödənişimi tam etmişəm. Keçən günlərdə hesabımı tamamilə əsassız şəkildə bloklayıblar. Səbəb kimi isə mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub.
Gülünc və absurd olan isə budur: Qızımın rəsmi olaraq öz adına aktiv Atilla fitness kartı var! Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını vurur həmişə mən isə push 30la keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir "şər-böhtan" ssenarisi uydurublar.
İndi isə: ❌ Nə hesabımı açırlar, ❌ Nə də istifadə edə bilmədiyim günlərin pulunu geri qaytarırlar.
Açıq-aşkar vətəndaşın pulunu mənimsəyirlər və müştəri xidmətləri standart robot cavablarından başqa heç bir köməklik göstərmir. Belə bir özbaşınalıq, belə bir yiyəsiz sistem ola bilməz! Ödəniş alanda hər şey əladır, problem düşəndə isə müştərini günahkar çıxarıb ortadan qaçırlar.
Məsələ ilə bağlı artıq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və bankıma (Chargeback prosesi üçün) rəsmi müraciətlər olunur. Kiminsə haqqını bu şəkildə tapdalamağınıza icazə verməyəcəm..."(Dia-az)



AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) binalarının yenilənməsi məqsədilə irihəcmli satınalma müsabiqəsinə start verib.

32gun.az yazır ki, Akademiyanın elan etdiyi cari təmir işlərinin satın alınması üzrə tenderin ümumi ehtimal olunan qiyməti düz 201.179,21 AZN təşkil edir. Ayrılan bu irihəcmli vəsait hesabına AMEA-nın Rəyasət Heyətinin binasında və Akademiya şəhərciyində yerləşən əsas binasında müxtəlif cari təmir və kosmetik işlərin aparılması planlaşdırılır. Tender prosedurları başa çatdıqdan sonra qalib şirkətlə rəsmi müqavilə imzalanacaq və binaların yenilənməsi prosesinə başlanılacaq.

Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...


Səhiyyə sistemi cəmiyyətin ən həssas sahələrindən biridir. Bu sistemdə çalışan hər bir tibb işçisi qanunvericiliyin və peşə etikasının tələblərinə uyğun fəaliyyət göstərməlidir. Əks halda, vətəndaşların sağlamlığı ilə yanaşı, dövlətin sosial təminat mexanizmlərinə də ciddi zərər dəyə bilər.
Gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Xətai rayonu 9 nömrəli uşaq poliklinikasının fəaliyyəti ilə bağlı narahatedici iddialar yer alıb. Müraciətdə poliklinikanın baş həkimi Hacıyeva Zərifə və sahə həkimi Bəşirova Mahirənin fəaliyyətinə dair araşdırılmalı olduğu bildirilən çoxsaylı iddialar irəli sürülür.
Müraciət müəllifinin iddiasına görə, Nəsrəddin Tusi küçəsi 14, mənzil 29 ünvanında yaşayan Tağızadə Şamildən həyat yoldaşının analıq məzuniyyətinin qanunsuz qaydada uzadılması məqsədilə 1000 manat alınıb. İddia olunur ki, 18 fevral 2023-cü il təvəllüdlü Tağızadə İnci Şamil qızı sağlam olduğu halda xəstə kimi sənədləşdirilib və bu əsasla analıq məzuniyyəti uzadılıb. Müraciətdə uşağın atasının hərbi pilot olduğu və hazırda Türkiyədə yaşadığı da qeyd edilir.
Şikayətdə daha bir ciddi iddia ondan ibarətdir ki, müxtəlif tibbi arayışlar – o cümlədən 026, 086 və 095 nömrəli tibbi formalar qanunsuz ödəniş müqabilində rəsmiləşdirilir. Müraciət müəllifi bildirir ki, xüsusilə buraxılış sinif şagirdlərinə xəstə olmadıqları halda xəstəlik arayışlarının verilməsi üçün həftəlik 50–100 manat məbləğində pul tələb olunur.
Müraciətdə həmçinin iddia edilir ki, poliklinikada çalışan işçilərdən hər ay 30–50 manat məcburi şəkildə pul yığılır, bayramlar ərəfəsində isə əlavə vəsait tələb edilir. Xüsusilə mart ayında işçilərdən bir neçə dəfə pul toplandığı bildirilir.
Əgər bu iddialar öz təsdiqini taparsa, söhbət təkcə etik pozuntulardan deyil, həm də dövlətin sosial ödəniş sisteminə zərər vurulması, saxta tibbi sənədlərin hazırlanması, korrupsiya və vəzifə səlahiyyətlərindən qanunsuz istifadə kimi hüquqi qiymət tələb edən hallardan gedə bilər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, o cümlədən müvafiq səhiyyə və hüquq-mühafizə orqanlarının göstərilən iddiaları hərtərəfli araşdırması, sənədlərin həqiqiliyini yoxlaması və qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görməsi ictimai maraq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məqalədə yer alan məlumatlar redaksiyaya təqdim olunmuş müraciətdə irəli sürülən iddialara əsaslanır. Adları çəkilən şəxslərin mövqeyi məlum deyil. Onların cavab və izah vermək hüququ qorunur və təqdim ediləcəyi təqdirdə dərc oluna bilər.
Gundemxeber.com

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48