Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb


Azərbaycanın investisiya cəlbediciliyinin əsas amili siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi mövqe ilə yanaşı, ölkənin dayanıqlı və etibarlı maliyyə sistemidir.

Bu barədə "Report"un sualına cavab olaraq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, illik toplantılar çərçivəsində dövlətin iqtisadi və investisiya imkanlarının ətraflı təqdim olunduğu "Azərbaycanın investisiya perspektivləri" sessiyası təşkil edilib.

"Bu imkanlar milli iqtisadi prioritetlərə dair sənədlərimizdə öz əksini tapıb. Məlum olduğu kimi, biz əsas diqqəti iqtisadi artımın və son 5-6 il ərzində əsl artım mühərrikinə çevrilmiş Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılmasına yönəldirik.

Konkret istiqamətlər, imkanlar və prioritetlər arasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi və kritik əhəmiyyətli xammal hasilatı, aqrar sektor, eləcə də kənd təsərrüfatı məhsullarının emalı yer alır. Təbii ki, həm Azərbaycanın təbii coğrafi yerləşməsini, həm də nəqliyyat infrastrukturunun inkişafına gələcək kapital qoyuluşları ilə bağlı ardıcıl siyasətimizi nəzərə alsaq, bura nəqliyyat və logistika da aiddir", - M.Cabbarov vurğulayıb.

Nazir həmçinin turizm sahəsinə diqqət çəkərək, bu tədbirin keçirilməsinin özlüyündə ölkənin turizm potensialını əyani şəkildə nümayiş etdirdiyini və üzə çıxardığını qeyd edib.

"Həmçinin qeyd etmək lazımdır ki, bərpa olunan enerji mənbələri və maliyyə xidmətləri sahəsi, eləcə də iqtisadiyyatın rəqəmsal transformasiyası bir növ üfüqi istiqamətlər olaraq qalmaqdadır. Mənim fikrimcə, Azərbaycanın əsas investisiya cəlbediciliyi – siyasi və makroiqtisadi sabitlik, eləcə də regiondakı strateji coğrafi yerləşməsindən əlavə – dayanıqlı və etibarlı maliyyə sistemindən ibarətdir. Bu, dövlət borcunun son dərəcə aşağı səviyyəsində, qızıl-valyuta ehtiyatlarının olduqca əhəmiyyətli və sabit həcmində, həmçinin beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin investisiya cəlbediciliyinin tanınmasında özünü göstərir. Bütün bu məlumatlar iştirakçılara, investorlara və beynəlxalq maliyyə institutlarına təqdim edilib.

Hesab edirəm ki, özəl sektor, xüsusilə də Azərbaycan şirkətləri bu imkanları təqdim edərkən mükəmməl iş görüblər", - M.Cabbarov əlavə edib.

"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...



Keçən günlərdə “Neftqaztikinti” trestinin işçiləri adından "Dia-az"a daxil olan müraciəti təqdim etdik. Müraciətdə narazı fəhlələr sosial durumlarının ağır olmasından gileylənərək SOCAR Prezidenti Rövşən Nəcəfdəın konkret tələblərinin olduğunu da ifadə etmişdilər. Onlar “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyətini irəli sürərək onun yerinə daha səriştəli və bacarıqlı kadrın gətirilməsini istəmişdilər.
Qeyd edək ki, bu məlumatı paylaşdıqdan sonra iddia olunanlarla bağlı cavab vermək əvəzinə Qağaməli Seyfullayev fərqli davranmağa üstünlük verdi və bizə aid sosial şəbəkələrdə "Qağaməli Seyfullayev layiqli kadrdır" kimi fikirləri deyən trollarının rəy hücumlarını təşkil etdi. Bununla sanki reallıqdakı eybəcərliklər ört-basdır olunmuş oldu. Hər halda, SOCAR rəhbərliyi bütün baş verənlər barədə gerçək bilgilərə malikdir. Biz isə işçilərin hazırki durumlarını əks etdirən daha bir neçə giley dolu müraciəti təqdim edirik...
Əvvəli BURADA: "https://dia-az.org/manset/481552-adamin-yoxdursa-derece-de-ala-bilmeyeceksen.html
“Neftqaztikinti” trestinin işçisi olan Yunis Camalov yazır: "Qağaməlinin yaltaqları haqq etmədikləri məvacibin müqabilində ARDNŞ-ni Seyfullayevləşdirən bu zatı tərifləməylə məşğuldular. Bu yaltaqlar da yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb və çıxmaqda davam edir. İnşallah, Respublikanın mötəbər təşkilatları hərəkətə keçərək Qağaməli haqqında Azərbaycan Respublikası Qanunları çərçivəsində tədbir görərlər və Rövşən Nəcəf nəhjayətdə yuxudan ayılar... ARDNŞ-i heç kimin arxa baxçası deyil..."
“Neftqaztikinti” trestinin işçisi olan İzzət Əhmədov yazır: Mənim kimilərinin - Əhmədov İzzətin adamı yoxdur deyə yalandan adama quru vəd verirlər... Bunu əvəzində isə öz adamları 6-cı dərəcə ilə fırlanırlar..."
“Neftqaztikinti” trestinin işçisi olan Teymur Məmmədli isə belə yazır: Dərəcə problemi çox çətindir. 18 ildir ki, dənizçiyəm... 4-cü dərəcədə qalmışam. Elə işçi də var ki, 40 ildir 4-cü dərəcədə qalıb..."

Dia-az

Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti Kəlbəcərdə işçilərin maaşını vermir?


Mediaya Kəlbəcərdə işləyib pulunu ala bilməyən bir qrup usta aldandıqlarını iddia edir. Bu barədə audio müraciətdə bildirilir. Verilən məlumata görə, onları qrup halında Kəlbəcərə Ceyhun Kərimovun apardığını qeyd olunur.

Şikayətçi, yəni həmin qrupun rəhbəri 44 günlük Vətən Müharibəsinin qəhrəmanı Oruc Nurəli oğlu Hacıyev bildirilir ki, Ceyhun Kərimov Kəlbəcər rayonunda yerləşən “İstisu-Müalicə istirahət (mehmanxanasında) kompleksi sahəsində qaynaqçı usta kimi işləyib. Ərazini yaxşı tanıdığı üçün yaxşı pul qazanmaq eşqinə düşüb.

Bu mənada Ceyhun Kərimov adlarını çəkəcəyimiz ustaların Kəlbəcər rayonunda yerləşən “İstisu-Müalicə istirahət (mehmanxanasında) kompleksi sahəsində işlə təmin olunacaqları barədə yağlı vədlər verib, özü ilə sözügedən ünvana aparır…

Əvvəlcə onların işləyəcəyi “A-Kond 1” QSC-ti barədə qısa məlumat verək.

İnternet üzərindən aparılan araşdırmaya görə şirkət böyük layihələrin icraçısı kimi nəhən işlərin görülməsində təmsil olunub. Direktoru Orxan Bağırov olan bu şirkətin hətta xeyriyyəçi şirkət olduğu barədə də məlumatlar yazılıb…

İndi gələk mətləbə. Ceyhun Kərimov özü ilə gətirdiyi işçiləri fiziki şəxs Xəyal Ələsgərovla tanış edir…

Qeyd edək ki, “A-Kond 1” QSC-ti fiziki şəxs Xəyal Ələsgərovla 27 fevral 2026-cı ildə iş öhdəliyi barədə müqavilə bağlanıb.

İndi isə gəlin görək fiziki şəxs Xəyal Ələsgərov kimdir.

MN-nin “N” saylı hərbi hissəsində nə az, nə də çox düz 10 il Gizir vəzifəsində Poliqon rəisi kimi xidmət edib. Özünün verdiyi məlumata görə ailə vəziyyətinə görə ordudan iki ildir tərxis olunub. Bir ildən artıqdır müxtəlif yerlərdə malyar kimi işə başlayıb. Orta təhsillidir. Tikinti mühəndisliyinə aid nə təhsili, nə də iş təcrübəsi var…

Xatırladaq ki, Prezident Ali Baş Komandanın Qarabağa Qayıdış Dövlət Proqramı çərçivəsində regionda böyük tikinti layihələri həyata keçirilir.

Belə bir nəhəng layihənin icrasına isə sabiq gizirin rəhbərlik eləməsi gülünc doğurur. Adamın kollec təhsili, hətta iş təcrübəsi belə belə yoxdur. Sual yaranır. Belə bir naşı adamın bu boyda nəhəng layihənin icrasına rəhbərlik eləməsi görün hansı fəsadların əmələ gəlməsinə şərait yaratmış olur. Bu işdə kimlər maraqlıdır?

Budurmu ölkə rəhbərinin quruculuq siyasətinə dəstək?

Görünən mənzərə isə tam əksini göstərir.

Bu boyda məsuliyyət tələb edən, nəhəng və memarlıq baxımından Prezidentin də həmişə ifadə etdiyi Kəlbəcər rayonunda yerləşən “İstisu-Müalicə istirahət (mehmanxanasında) kompleksi sahəsində tikinti və digər işlərin görülməsi niyə belə bir təcrübəsiz və mühəndislik təhsili olmayan adama həvalə edilib?

Üstəlik onuunla şirkətin baş direktoru arasında rəsmi müqavilə də bağlanıb. Adam da mütəxəssis qismində elan verərək iş təcrübəsini yoxlamadan adamları işə cəlb edib. Və müqavilənin şərtlərindən irəli gələn öhdəliklərin icrasına başlanılıb. Amma…

Ammasının əmmasına isə şikayətlərlə tanış olandan sonra öyrənməyə nail olacaqsınız.

İcraçı ustaları 12 aprel 2026-cı il tarixində işə cəlb edir. 20 nəfərə yaxın adam işə başlayır. Aralarında bağlanan şifahi müqaviləyə əsasən bir ay iş günü ərzində iki dəfə avans şəkilində ödəmələr olacağına söz verilib. Hətta əmək müqaviləsi belə bağlanmayıb. 15-20 gün işlətdikdən sonra, işçilərə verilən vədə görə pul verə bilmirlər. Söz-söhbət və şikayətlər elə həmin gündən başlayır. Xəyal Ələsgərov fikirləşir ki, şikayət olarsa əsas zərbə elə onun üzünə dəyəcək. Bu mənada 25.04.2026-cı il tarixində işçilərlə müqaviləni rəsmiləşdirir. 15 gün sınaq, bir aylıq rəsmi müqavilə şərtləri ilə cibi boş evlərinə qayıdan və şikayət üçün qapı döyməkdən yorulmayan ustalar hələ də onlara məxsus pullarını ala bilmirlər.

Bu da aşağıda adları yazılan icİşçilər:

1. Oruc Nurəli oğlu Hacıyev

2. Nahid Tapdıq oğlu Xəlilov

3. Qnyaz Yusif oğlu Quliyev

4. Rüfət Vidadi oğlu Mustafayev

5. Samir Alxan oğlu Vəlixanov

Əmək müqaviləsinin 31.05.2026 tarixinədək 1 ay 7 gün müddətinə bağlanmışdır.

Qısa olaraq onu da qeyd edək ki, Oruc Nurəli oğlu Hacıyev 44 Günlük Vətən Müharibəsinini qəhrəmanlarındandır. Torpaqların işğaldan azad olunmasında iştirak edib, amma indi biriləri həmin torpaqlarda döyüşüb qəhrəman kimi tarixə düşən

Veteranı aldadıb pulunu vermirlər.

Şikayətçilər bu işdə tez-tez layihə rəhbəri olaraq “A-KOND-1” QSC-nin təmsilçisi Asif İsmayılovun adını çəkirlər. Bu barədə “A-KOND-1” QSC-nin əlaqə nömrəsinə dəfələrlə zəng eləməyimizə baxmayaraq nə Orxan Bağırovla, nə də Asif İsmayılovla əlaqə yarada bilmədik.

Müraciət edənlər pullarını tələb edirlər. “A-Kond 1” QSC-nin yerləşdiyi ünvana dəfələrlə getsələr də müsbət nəticə əldə edə bilməyiblər. Əslində alacaqları pulun bir hissəsi əlbəl ödənilib. Qalanını isə vermirlər. Biz isə redaksiya oilaraq yazını tədbir görülməsi üçün Dövlət Vergi Xidmətinə, Əmək Müfəttişliyi Xidmətinə və Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlayırıq.

Azia.az



Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48