“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı


Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlseni məğlub etməsindən danışıb.

Şahmatçımız “Qafqazinfo”ya açıqlamasında norveçli qrossmeysteri məğlub etməsindən və onunla oyunda çəkilən fotodan danışıb.

Belə ki, həmin fotoda tabloya baxan A.Süleymanlının təəccübü diqqət çəkir. Şahmatçımız isə həmin anları belə şərh edib: “Həmin şəkildən bir neçə saniyə öncə matçın tablosuna baxdım və hesabın 2.5-2.5- yəni bərabərə olduğunu gördüm və düzünü desəm, buna heç inanmadım. Həmin an anladım ki, mən qələbə qazansam, komandamız da qələbə qazanacaq. Bundan sonra əlimdən gələn qədər hisslərimi cilovlamağa çalışıb oyuna konsentrasiya oldum. Nəticədə yaxşı vəziyyətimi qələbəyə çevirə bildim”.

A.Süleymanlı həmçinin illər öncə “İctimai TV”də Maqnus Karlsenlə oynamaq istədiyini dediyi görüntülər barədə də fikirlərini bildirib. O, “Maqnusu məğlub edib arzunuza çatdınız?” sualına belə cavab verib: “Ona qalib gəlmək arzularımdan biri idi və çox sevinirəm ki, reallaşdı, amma bu təbii ki mənim ən böyük arzum deyildi, ümid edirəm ən böyük arzum da tezliklə reallaşar, bunun üçün çox çalışmaq lazımdır”.

Qrossmeyster Maqnusa qalib gəldikdən sonra ilk olaraq ailəsi ilə danışdığını da sözlərinə əlavə edib: “Elə qalib gəldikdən sonra dərhal ailəmə zəng vurub onlara Maqnus Karlsenə qalib gəldiyimi dedim. Onlar mənim hər oyunuma canlı baxırlar və təbii ki, mən zəng vurmamışdan qabaq artıq qalib gəldiyimi bilirdilər. Məni təbrik etdilər və növbəti turlarda da qazanacağımı dedilər”.

A.Süleymanlı 2003-cü ildə, 15 yaşında ikən Qarri Kasparovu məğlub edərək dünyaya səs salan Teymur Rəcəbovla müqayisə olunmasına münasibət bildirib: “Əslində, oyundan sonra komanda yoldaşlarımızla elə bu barədə danışırdıq, lakin bir şey də var ki Teymur Rəcəbov bunu edəndə onun 15 yaşı var idi. Mənə görə onun etdiyi daha böyük bir uğurdur”.

ABŞ onlara viza vermədi


ABŞ futbol üzrə dünya çempionatında İran milli komandasını müşayiət edəcək bəzi məsul şəxslərə viza verməyib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Məlumata görə, İran milli yığma komandasının meneceri Mehdi Məhəmmədnəbi, Futbol Federasiyasının baş katibi Hidayət Mömbini, milli komandanın icraçı direktoru Mehdi Xərati, media direktoru Möhsən Mötəmədkiya, milli komandanın media nümayəndələrindən Siyamək Qılıçxani və daha bir neçə nəfərə viza verilməyib. 

Bununla belə, bu şəxslərin İran milli komandası ilə birlikdə Meksikaya gedəcəyi bildirilir. Hazırda viza alınması üçün səylər davam etdirilir. 

Qeyd edək ki, İran milli komandası Meksikada məskunlaşacaq. Komanda qrup mərhələsindəki oyunlarını isə ABŞ-nin  Los-Anceles və Sietl şəhərlərində keçirəcək. Dünya çempionatının G qrupunda yer alan İran yığmasını Belçika, Misir və Yeni Zelandiya ilə oyunlar gözləyir.

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.

Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

Joze Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verib


Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Bu barədə NTV məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin bu addımı atmasına səbəb Super Liqada çalışdığı dövrdə Türkiyə Futbol Federasiyası tərəfindən ona verilən cəzalar olub.

Mourinyonun həmin qərarlarla bağlı hüquqi müstəvidə mübarizə aparmaq istədiyi bildirilir. Təcrübəli baş məşqçi Türkiyədə çalışdığı müddətdə bir neçə dəfə açıqlamalarına və davranışlarına görə TFF tərəfindən cəzalandırılmışdı.

Qeyd edək ki, Joze Mourinyo Türkiyədə “Fənərbaxça”nı çalışdırıb. Portuqaliyalı mütəxəssis İstanbul klubundakı dönəmində həm yerli hakimlik, həm də federasiya qərarları ilə bağlı sərt açıqlamaları ilə diqqət çəkmişdi.

“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı


“Qəbələ” iki futbolçu ilə yolları ayırıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar.


Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.


Qeyd edək ki, “Qəbələ” buna qədər İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşıb.

YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR


“Topaz” mərc oyunlarının uduşları vətəndaşlara verməməsi barəd şikayətlər son vaxtlar çoxalıb. Bu günlərdə Bəhruz Orucov adlı şəxs idman mərc oyunlarında iştirak edib və hər biri 500 manat olmaqla ümumilikdə 38 dəfə mərc oyuna pul qoyaraq 76 875 manat uduş əldə etdiyini, lakin “Topaz”ın məbləği verməkdən imtinası barədə şikayətinin mürəkkəbi qurumamış daha bir oxşar fakt ortaya çıxıb.

Bu barədə feysbuk-dakı “hüquqşünaslar” qrupunda adını açıqlamayan bir nəfər belə paylaşım edib:

“Salam. Keçən ilin iyun ayında 1500 AZNn dəyərində “Topaz”da kupon oynamışam. Bir ilə yaxındır ki, nə uduşu, nə də qoyulan pulu verirlər. “Araşdırma aparırıq” deyə-deyə vaxtı bir ilə uzadırlar. Bir ilin sonunda uduşlu kuponların etibarlılıq vaxtı bitir. Məhkəməyə vermək istəsəm, məhkəmə və vəkil xərcləri nə qədər tutar? Maya xaric 2000 azn uduş var. Və yaxud uduşu verməyib öz pulum 1500 manatı qaytara bilərlər?

Suallarım belədir:

1. İşi udmaq faizi və vaxtı?

2. İşi udub-uduzmaqdan asılı olmayaraq məhkəmə və vəkil xərcləri nə qədər olacaq?”.

Mia.az xəbər verir ki, bu paylaşıma çoxsaylı müxtəlif şərhlər yazılıb və demək olar hər kəs “Topaz”ı haqsız sayıb.

Məsələn, biri yazıb ki, “Eyni oyun eyni varinat, 4 kupon, hər birinə yüklü məbləğ. Şübhəli gəlir, doğrudur. Amma mütləq ki, uduş ödənilməlidir”.

İlham Abdullayev adlı şəxs isə əsas məsələnin vaxtarası saniyələr olması səbəbindən Topaz-ın uduşa şübhı ilə yanaşdığını qeyd edb.

Sərxan Hüseynli adlı şərhçi isə bununla razılaşmayıb: “Şübhəli gələ bilər, amma ki, uduşu verilməlidir. Oyunun saxtalaşdırması ilə bağlı “Topaz”ın “şübhəm var” deməsi, qanunsuzdur, əgər UEFA və ya FİFA-nın rəsmi qərarı yoxdursa”.

Digər şərhçi də bu paylaşıma maraqlı fikir yazıb: “Qardaş niyə məbləği az- az vurmusan? Əgər oyunun bir boşluğunu tutmusansa, tutaq ki, 100 faizlik olacaq nəticəyə səhvən kafsent veribsə, sən də bu boşluğu görüb pul vurmusansa, başını ağrıtma. Heç qoyduğun pulu da verməyəcəklər".

Lakin digər şərhçilər bununla razılaşmayıb: “Ola bilər vergi ödəməmək ücün edib. 500 manata qədər uduslardan vergi çıxılmır.Böyük məbləg oynayan cox adam bu cür edir”.

Bir sözlə, 60-a yaxın şərh yazanların çoxu şikayətçini haqlı, “Topaz"ı haqsız sayıblar.(Mia.az)














Gənclər və İdman Nazirliyində ciddi pozuntular aşkarlanıb: 15 milyon manat qiymətlər nəzərə alınmadan xərclənib?



Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.

Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.

Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.

Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.

Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.(APA)

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48