Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...


Bakı-Tbilisi istiqamətində qatar biletlərinin tapılmaması ilə bağlı narazılıqlar davam edir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, iyul ayı üçün qatar biletlərinin böyük hissəsi artıq tükənib və sərnişinlər geri dönüş bileti əldə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

Bizimesr.com bildirir ki, bu barədə Sosial Təşəbbüs MMC-nin eksperti Emil Maqalov paylaşım edib.

Onun sözlərinə görə, hazırda Gürcüstana təyyarə ilə gediş-dönüş biletlərinin qiyməti təxminən 400-500 manat arasında dəyişir. Qatar biletləri isə bəzi hallarda daha baha başa gəlir və ya ümumiyyətlə tapılmır.

"İnanmayanlar Azərbaycan Dəmir Yollarının rəsmi səhifəsindən yoxlaya bilərlər. İyul ayı üçün demək olar ki, bilet yoxdur. Hazırda yalnız müəyyən tarixlərə məhdud sayda bilet tapmaq mümkündür. Məsələn, 22 iyul tarixinə bilet almaq olar. Lakin həmin tarixdə gedən sərnişinin geri qayıtması üçün bilet tapılmır", – deyə Emil Maqalov bildirib.

Ekspert hesab edir ki, mövcud vəziyyət sərnişinlər üçün ciddi problemlər yaradır:"Əgər bu işi idarə etmək mümkün deyilsə, məncə quru sərhədlərin açılmasının vaxtı çatıb. Əgər qatar daşımaları ilə bağlı qərar verilibsə, bu sistem sərnişinlərin ehtiyaclarını qarşılayacaq şəkildə qurulmalıdır. Biletlərin qiymətlərinə baxmaq kifayətdir. Görək onlar həqiqətən təyyarə biletlərindən ucuzdurmu?"

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinə tələbat kəskin artıb. Bir çox sərnişinlər bilet satışa çıxarıldığı ilk günlərdə belə istədikləri tarixlərə yer tapa bilmədiklərini bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ; https://www.bizimesr.com/az/post/azerbaycanlilar-tbilisi-vagzalinda-qalib---qatar-biletleri-tapilmir-ady-cavab-vermir-22300

251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...


Bakının Nizami rayonu ərazisində yerləşən 251 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbiri ilə bağlı ciddi iddialar səsləndirilib.

Valideynlərin bildirdiyinə görə, 11-ci sinif şagirdlərindən "Son zəng" tədbirinin təşkili adı altında hər şagirddən ümumilikdə 1800 manata yaxın vəsait toplandığı iddia olunur.

Bizimesr.com bildirir ki, yığılan pullar restoran xərcləri, rəqs proqramı, foto və video çəkilişlər, dron xidməti, şarlar, gül-çiçək, vinetka və digər təşkilati işlər üçün nəzərdə tutulub.

İddialara görə, sinif rəhbərlərindən biri bu məqsədlə "WhatsApp" qrupu yaradıb və valideynlər tərəfindən edilən ödənişlərin çekləri həmin qrupda paylaşıb. Valideynlərin narazılığına səbəb olan məqamlardan biri də "müəllimlərlə sağollaşma pulu" adı altında əlavə vəsait toplanmasıdır. Bildirilir ki, bu məqsədlə hər şagirddən 140 manat pul yığılıb.

Bundan başqa, "Son zəng" tədbirinin keçirilməsi üçün seçilən "Ay işığı" restoranı ilə bağlı da suallar yaranıb. İddialara görə, restoran üçün hər şagirddən 150 manat vəsait tələb olunub. Lakin restorana müraciət edən valideynlərdən birinin sözlərinə görə, müəssisə nümayəndəsi bir nəfərlik xidmət haqqının təxminən 60-65 manat olduğunu bildirib və tələb olunan məbləğin yüksək olması təəccüb doğurub.

Qeyd edək ki, hər il "Son zəng" tədbirləri ilə əlaqədar məktəblərdə müxtəlif məbləğlərdə pul yığılması barədə şikayətlər gündəmə gəlir. Təhsil müəssisələrində hər hansı məcburi pul yığımının qanunvericiliyə zidd olduğu dəfələrlə vurğulansa da, valideynlərin bu istiqamətdə narazılıqları davam edir.(Bizimesr.com)

Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır


Səngəçal karvansarayı, adından da göründüyü kimi Bakıdan 40 km uzaqlıqda Qaradağ rayonunun Səngəçal qəsəbəsində, ümumi magistral yoldan 300-400 metr aralıda yerləşir. Tarixi mənbələrə görə, karvansaray 1439-40-cı illərdə Şirvanşah I Xəlilullahın tapşırığı ilə inşa edilib. İki mərtəbəli, dördkünc şəkildə tikilmiş karvansaray XIX əsrdən etibarən fəaliyyətini dayandırıb. Karvansaray baxımsız qaldığı üçün zamanla aşınıb, hazırda sıradan çıxmaq üzrədir. Ətrafını ot-alaq basıb, divarları dağılır.
Karvansarayın içərisini gəzərkən antik bir ab-hava hiss edilir. Tağlı otaqlar, bir-birinə keçidi olan dəhlizlər, aradan yüzillər keçsə belə hələ də əzəmətini itirməyən divarlar insanı əsrlər öncəyə aparır. Həyətində olan keçibuynuzu ağacının kölgəsi karvansarayın həyətinə xüsusi bir bəzək verir.

Təəssüf olsun ki, bu tarixi abidə məhv olmaq üzrədir. Baxımsızdır, ərazidə mal-qara saxlayanlar heyvanlarını otlamaq üçün bu əraziyə gətirir. Ətrafda olan ağaclar - iydə, əncir ərazidə gəzən heyvanlar tərəfindən məhv edilir. Yeri gəlmişkən qeyd edim ki, karvansarayın həyətində “Qırmızı kitab”a düşmüş yulğun kolları da var.

Əslində sual yaranar ki, "karvansaray təmir edilsə nə olcaq ki? Nə kimi fəaliyyət göstərə bilər?"

Birinci karvansaray gözəl tarixi üslubda tikildiyi üçün turistlərin diqqətini çəkə bilər. Təmir edilərsə, həyətində kiçik kafe fəaliyyət göstərə bilər ki, bu təcrübə Türkiyədə var. Türkiyədə tarixi abidələrdə kiçik kafelər fəaliyyət göstərir. Gələn tursitlər əvvəlcə abidəni gəzir, şəkillər çəkdirir, sonra həmin ərazidə istirahət edir, çay və ya kofe içib yola davam edirlər. Bunu etməyə Mədəniyyət Nazirliyinin maddi gücü çatmırsa, karvansarayın təmiri və kafe kimi fəaliyyət göstərməsi ilə bağlı tender keçirə bilər, həmçinin sahibkarlara güzəşt edərək, tarixi abidənin qorunması üçünbir addım ata bilər.

Səngəçal karvansarayı kimi yüzlərlə baxımsız və diqqətdən kənar qalan abidələrimiz var ki, onlara yeni ruh verib, turistlər üçün məkana çevirmək olar.

Azərbaycanda bəzi tarixi abidələri baxımsız bir vəziyyətdə sanki kənara atıblar. Bəzilərinin qapısını da qıfıllayıblar. Soruşsan, deyəcəklər ki, "qorunması üçündür".

Bizimyol.info

Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...


Bir neçə gün öncə saytımız tərəfindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində baş vermiş "ekofəlakət"i işıqlandırandan sonra, 1 saylı Regional Ekologiya Və Təbii Sərvətlər Idarəsinin əməkdaşları sözügedən ünvana yollanıblar.
Etibarlı mənbəmizin verdiyi məlumata görə, yerli ekoloqların hesablamalarına görə, sözügdən yerdə dövlətə 7500 manatdan çox maddi ziyan dəyib.

Amma bu cəriməni azaldıb minimuma endirib yüngül bir cərimə yazmaq lazım olub.
Lerik rayon üzrə ekologiya müfəttişi bu saxta işin altına girmək istəmədiyi üçün, saxtakarlığı boynundan atıb.
Həmişəki ki, kimi Cəlilabad ərazisi üzrə ekologiya müfəttişi Talıb Kərimov sinəsin qabağa verərək, bu məsuliyyətli və saxta işin öhdəsindən layiqincə gələcəyini bildirib.
Talıb Kərimov ümumilikdə 7500 manatdan çox cəriməni minimuma endirərək "ağaclarınbudaması" adı ilə cəmi 200 manat cərimə yazıb. Yəni cinayət işini endirib inzibatə xətaya salıb.

Mənbə onu da bildirir ki, hazırda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi müavini ştatı boş olduğu üçün , bu yeri Rafiq müəllim Talıb Kərimova söz verib ki, səni yaxın günlərdə müavin vəzifəsinə gətirəcəyəm.(Dia-az)

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 25-də havanın yağışlı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq.

İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA


43 saylı Yol İstismar İdarəsi MMC rəisini Sahil Babayevin yaxın qohumu tapşırdığı iddia edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə Vüsal Nəsirli təyin edildikdən sonra bu qurumda islahatlar aparılacağı gözlənilirdi. Ancaq Vüsal Nəsirlinin islahatları özünə yaxın bir neçə şəxsi AAYDA-da müxtəlif vəzifəyə gətirməklə kifayətlənib. Keçmiş sədr Saleh Məmmədovun komandasında təmsil olunan idarə rəisləri, şöbə rəisləri isə vəzifələrində qalmaqda davam edirlər.

Qeyd edək ki, Saleh Məmmədovun zamanında çalışan idarə rəislərinin böyük əksəriyyətinin adı korrupsiya iddalarında hallanıb.

AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi İlham Əzimovdur. AAYDA-da kadr islahatları başlayanda işdən çıxarılacaq şəxslərin siyahısında ilk onluqda adı olanlardan biri də məhz İlham Əzimov olub. Keçmiş sədr Saleh Məmmədovun komandasının əsas şəxslərindən biri hesab olunan İlham Əzimovun adı müxtəlif korruspsiya əməliyyatlarında çəklilir. Bərdədə "kiçik oliqarx" kimi tanınan İlham Əzimovun rəhbərlik etdiyi idarənin hesabına milyonlar qazandığı iddia edilir və bu böyük mənimsəmə iddaiaları əslində hüquqi araşdırma obyekti olmalıdır.

Buna baxmayaraq, Saleh Məmmədovun korrupsioner komandasının əsas üzvülərindən biri olan İlham Əzimov hazırda işinin başındadır.

Əldə etdiyimiz məlumata görə Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi AAYDA sədri Vüsal Nəsirli ilə münasibət qurmağa nail olub. Belə ki, İlham Əzimovu Maliyyə naziri Sahil Babayevin yaxın qohumlarından birinin Vüsal Nəsirliyə tapşırdığı bildirilir.

Qeyd edək ki, Vüsal Nəsirli Maliyyə naziri Sahil Babayevə yaxın kadrı kimi tanınır. Məlumata görə vəziyyətinin yaxşı olmayacağını görən İlham Əzimov Bərdə rayonundan olan Sahil Babayevlə əlaqələr qurmağa çalışıb və sonda nazirin çox yaxın qohumu ilə bu məsələnin həlli yolunu tapıb. Mənbə iddia edir ki, məhz Sahil Babayevin yaxın qohumu İlham Əzimovu Vüsal Nəsirliyə tapşırdıqdan sonra onun işdən azad olunması gündəlikdən qalxıb.

Qeyd edək ki, 43 saylı Yol İstismar İdarəsi MMC ölkədə ən çox şikayət olunan qurumlardan biri kimi tanınır. Bərdə rayonu və kəndlər arası yollar uzun müddətdir təmirsiz qaldığı üçün acınacaqlı vəziyyətdədirlər.

AzFakt.com

DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...


QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövləti aldadır, yoxsa burada başqa maraqlar var?

Yenixeberorg.com: Bu suala cavab tapmaq üçün bir müddətdir araşdırdığımız məsələlərdən birini diqqətinizə təqdim edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi olub. Təşkilatın “WUF13 Tələbə Forumu” adlı layihəsinə 26 500 manat vəsait ayrılıb.

İlk baxışdan layihənin adı kifayət qədər iddialı görünür. Belə təsəvvür yaranır ki, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində müxtəlif ölkələrdən tələbələrin iştirakı ilə geniş beynəlxalq platforma formalaşdırılacaq, şəhərsalma, urbanizasiya, inklüzivlik və dayanıqlı inkişaf məsələləri ətrafında müzakirələr aparılacaq, nəticə etibarilə müəyyən tövsiyələr və ya qərarlar ortaya çıxacaq.

Lakin layihənin icrası ilə bağlı "Yenixeberorg"a ötürülmüş məlumatlar və yayımlanmış materiallar göstərir ki, layihənin adı ilə reallıq arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur.

Məlum olduğu kimi, WUF – Ümumdünya Şəhərsalma Forumu BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından biridir. Belə bir tədbirin adından istifadə edərək həyata keçirilən layihədən də yüksək səviyyəli təşkilatçılıq və nəticələr gözlənilir. Ancaq ortada olan faktlar daha çox görüntü yaratmağa hesablanmış fəaliyyət təəssüratı yaradır.

Araşdırmamız zamanı məlum oldu ki, layihənin beynəlxalq xarakter daşıdığı təqdim edilsə də, ən azı üç xarici ölkədən tələbələrin iştirakı təmin edilməyib. Halbuki layihənin adı və təqdimatı daha geniş coğrafiyanı əhatə edən tələbə platformasının yaradıldığı təsəvvürünü formalaşdırır.

Bundan başqa, maraqlı məqamlardan biri də odur ki, təşkilat layihəni icra etdiyi dövrdə mediaya müxtəlif adlarla təqdim edib. Bu isə istər-istəməz suallar doğurur. Layihənin adı niyə dəyişdirilir? Layihənin real məzmunu ilə qrant müsabiqəsinə təqdim edilmiş məzmun arasında fərqlər varmı? Əgər yoxdursa, niyə ictimaiyyətə vahid konsepsiya təqdim olunmur?

Layihənin maliyyə tərəfi, xərclər isə ayrıca araşdırma mövzusudur.

Əldə etdiyimiz məlumatlara görə, təşkilat əsasən Gənclər və İdman Nazirliyinin balansında olan Bakı Gənclər Mərkəzində kiçik qruplar formatında altı görüş keçirib. Tədbirlərdən yayılan fotolara baxdıqda görünür ki, bu görüşlərin təşkili üçün ciddi maliyyə resurslarından istifadə edildiyini söyləmək çətindir.

Son görüş isə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonunda baş tutub. Burada da haqlı sual yaranır: əgər tədbirlər dövlətə məxsus məkanlarda və Agentliyin öz pavilyonunda keçirilibsə, ayrılmış 26500 manat vəsait konkret olaraq hansı istiqamətlər üzrə xərclənib?

Bu sualın cavabı xüsusilə vacibdir. Çünki söhbət hər hansı şəxsi vəsaitdən deyil, dövlət vəsaitindən və ictimai maraqlardan gedir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əsas missiyalarından biri məhz ayrılmış qrantların səmərəli istifadəsinə nəzarət etməkdir. Agentlik layihənin icrası ilə bağlı monitorinq aparıbmı? Aparıbsa, nəticələr nədir? Layihənin məqsədləri ilə əldə olunan nəticələr arasında uyğunluq qiymətləndirilibmi?

Özünü “şəffaflığın” tərəfdarı kimi təqdim edən Agentlik bu layihə üzrə maliyyə və fəaliyyət hesabatını ictimaiyyətə açıqlamağa hazırdırmı?

Araşdırma zamanı diqqətimizi çəkən başqa bir məqam tədbirin açılışı ilə bağlı yayılan rəsmi məlumat oldu. Həmin açıqlamanın bir hissəsini olduğu kimi təqdim edirik:

“Açılış nitqi ilə çıxış edən BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə builki forum çərçivəsində müşahidə olunan yüksək iştirak göstəricisinin gənclərin artıq şəhərlərin gələcəyi ilə bağlı məsələlərdə yalnız izləyici deyil, qərarvermə və transformasiya proseslərinin fəal iştirakçısına çevrildiyini göstərdiyini bildirib. O vurğulayıb ki, inklüziv, əlçatan və dayanıqlı şəhərlərin formalaşdırılması gənclərin baxışları və təşəbbüsləri olmadan mümkün deyil. Məleykə Tağızadə iştirakçıları şəhər mühiti ilə bağlı problemlərə tənqidi yanaşmağa, innovativ həllər irəli sürməyə və gələcəyin şəhərlərinin formalaşmasında aktiv rol almağa çağırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçisi Nilufər Əhmədova forumun məqsədlərini diqqətə çatdırıb, iştirakçılara fəal müzakirə mühiti arzulayıb.

Sonda çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Rufiz Qulizadə forum barədə məlumat verib. O bildirib ki, 3 gün ərzində foruma 1500-dən çox müraciət daxil olub və bu platforma gənclərin şəhərsalma və inklüzivlik mövzularında fikir mübadiləsi aparması üçün mühüm imkan yaradır”.

Bu açıqlama diqqətlə təhlil edildikdə bir sıra maraqlı məqamlar ortaya çıxır.

Məleykə Tağızadə çıxışında gəncləri şəhər mühiti ilə bağlı problemlərə tənqidi yanaşmağa və innovativ həllər irəli sürməyə çağırır. Bu, əslində forumun əsas məqsədi olmalıdır. Lakin tədbirdən sonra yayımlanmış materiallarda hər hansı problemin sistemli şəkildə müzakirə olunduğunu, konkret təkliflərin hazırlandığını və ya nəticə sənədinin ortaya qoyulduğunu görmürük.

Belə çıxır ki, forum daha çox forum görüntüsü yaratmağa xidmət edib, nəinki real intellektual müzakirə platforması formalaşdırmağa.

Digər maraqlı məqam Agentlik nümayəndəsi Nilufər Əhmədovanın forumun məqsədlərini iştirakçılara izah etməsidir. Adətən layihənin məqsəd və vəzifələrini layihəni həyata keçirən təşkilat təqdim edir. Bu halda isə təşkilatın rəhbərliyi deyil, qrant verən qurumun nümayəndəsi məqsədləri açıqlayır.

Bu vəziyyət istər-istəməz sual doğurur: layihənin sahibi kimdir - qrant alan təşkilat, yoxsa qrant verən qurum?

Təşkilatın sədr müavini Rufiz Qulizadə isə üç gün ərzində foruma 1500-dən çox müraciət daxil olduğunu bildirib. Lakin tədbirdən yayımlanmış fotolar bu rəqəmlərin nə dərəcədə reallığı əks etdirdiyi barədə suallar yaradır.

Əgər həqiqətən 1500-dən çox müraciət olubsa, bu maraq tədbirlərin auditoriyasında niyə hiss olunmur? Niyə müzakirələr zamanı iştirakçı sayı məhdud görünür? Niyə bir sıra fotolarda iştirakçıların diqqətinin müzakirələrdən çox mobil telefonlara yönəldiyi müşahidə olunur?

Əlbəttə, bir neçə foto üzərindən yekun nəticə çıxarmaq düzgün olmazdı. Lakin təşkilatın açıqladığı statistika ilə ortaya qoyulan görüntülər arasında ciddi uyğunsuzluq görünürsə, bunun izahı verilməlidir.

Məsələnin ən vacib tərəfi isə dövlət vəsaitlərinin istifadəsi ilə bağlıdır. 26 500 manat məbləğində vəsait kifayət qədər ciddi rəqəmdir. Bu vəsait hesabına beynəlxalq tələbə iştirakının təmin edilməsi, xarici ekspertlərin cəlb olunması, nəticə sənədinin hazırlanması, geniş auditoriyalı forumun təşkili və digər əhəmiyyətli fəaliyyətlərin həyata keçirilməsi mümkün idi.

Dövlət büdcəsinin talan edilməsinə göz yumulması dövlətə ən böyük xəyanətlərdən biridir. Çünki bu vəsaitlər cəmiyyətin vergiləri hesabına formalaşır və onların hər qəpiyinin necə xərcləndiyi ictimai maraq doğurur.

İndi isə söz aidiyyəti qurumlarındır. Onlar araşdırmalıdırlar ki, mühüm beynəlxalq tədbirin adından istifadə edərək ictimaiyyətə və dövlətə fərqli mənzərə təqdim etmək nə deməkdir.

Yenixeberorg.com

"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA


AZAL-ın Naxçıvan bölməsində davam edən araşdırmaların daha 25 milyon manatlıq yeyintini üzə çıxardığı bildirilir. Bu işdə şirkət rəhbərliyinin də adının hallandığı iddia olunur.

Yoxlamaların AZAL-ın nüfuzuna zərər vurmaması üçün ictimaiyyətdən gizli saxlanıldığı və işin geniş ictimaiyyətə açıqlanmadan daxildə həll olunmasına çalışıldığı bildirilir.

Hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, Naxçıvan istiqaməti üzrə bilet satışını həyata keçirən “Silk Row Travel” MMC-nin 2024-cü ildə satdığı biletlərdən əldə olunan təxminən 40 milyon manat vəsait Naxçıvan Hava Limanının yenidənqurma işlərinə və digər xərclərinə ayrılıb.

Mənbə iddia edir ki, həmin vəsaitin təxminən 25 milyon manatı real işlərə xərclənməyib, saxta sənədlərlə silinib. İddiaya görə, əvvəlki illərdə görülmüş işlər sonradan yeni iş kimi rəsmiləşdirilib, mövcud texnika və avadanlıqlar isə sənədlərdə yenidən alınmış kimi göstərilib.

Mənbə deyir ki, yoxlamalarda əsasən vəsaitin hara xərcləndiyi və kimlərin bu prosesdə iştirak etdiyi araşdırılır:

“Yoxlamalarda əsas məsələ həmin vəsaitin hara silindiyi və kimlər arasında bölündüyüdür. Pul guya Naxçıvan Hava Limanında yenidənqurma işlərinə ayrılıb. Amma realda ciddi iş görülməyib. Əvvəlki illərdə görülən işlər elə sənədləşdirilib ki, guya bu işlər 2024-cü ildə ayrılan vəsait hesabına görülüb. Mövcud texnika və avadanlıqlar da sənəd üzərində yenidən alınıb. Bu işdə hava limanının direktoru Salman Məmmədlinin və AZAL-ın digər vəzifəli şəxslərinin adı hallanır”.

Mənbənin sözlərinə görə, saxta sənədləşmə yalnız ümumi yenidənqurma işləri ilə məhdudlaşmayıb:

“Mühafizə çəpəri ilə bağlı da eyni üsuldan istifadə olunub. Çəpər standarta uyğun olmayıb, sadəcə hündürlüyü 60 santimetr artırılıb. Amma sənədlərdə guya 2 kilometr yeni çəpər çəkildiyi göstərilib. Şlaqbaum sistemi, yanacaq sərfiyyatı və işçilərin geyim formaları ilə bağlı da oxşar saxtalaşdırmalar var”.

Mənbə saxta sənədləşməyə nümunə kimi hava limanındakı masaj kreslolarını da göstərir:

“Hava limanının gözləmə zallarında olan masaj kresloları 2017-ci ildə alınmışdı. 2019-cu ildə üzlükləri cırıldığı və yararsız vəziyyətə düşdüyü üçün balansdan silinib zirzəmiyə qoyulmuşdu. Sonradan Salman Məmmədlinin köməkçisi Murad Hüseynov həmin kresloları təmir etdirib, guya yeni alınmış kimi sənədləşdiriblər. Hər bir kreslo 7 min 215 manatdan yenidən uçota alınıb.

Bu cür saxtalaşdırmalar təkcə masaj kresloları ilə bağlı deyil. Oturma divanları, stol-stullar və digər avadanlıqlar da sənədlərdə yenidən alınmış kimi göstərilib”.

Mənbə əlavə edir ki, yoxlamalar başlayandan sonra hava limanının direktoru Salman Məmmədlinin mənzilini satışa çıxardığı bildirilir:

“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb. Maklerə də deyib ki, təmiri saxlayın, evi o vəziyyətdə satın. İşi rüşvətlə bağlamaq istəyir.”.

Bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Hava Limanında bilet satışı ilə bağlı yoxlamaların aparıldığı və bilet satışına məsul olan 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.

Həmin vaxt hava limanındakı mənbə bildirmişdi ki, bilet satışı ilə bağlı yoxlamalarda 2 milyon 135 min manat yeyinti aşkarlanıb.

Mənbə iddia etmişdi ki, bilet satışından yığılan pulların bir hissəsi hava limanının rəhbərliyinə çatdırılıb. Onun sözlərinə görə, təkcə aviakassadan hava limanının direktoru Salman Məmmədliyə aylıq 13 min manat pay verildiyi bildirilir.(Gündəlik Naxçıvan)


Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...


"Hər kəsə diqqətli olmağı məsləhət görürəm. Pullu abunəliyiniz olduğu halda, heç bir sübut olmadan sizi saxtakarlıqda ittiham edib hesabınızı bağlaya bilərlər..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Mələk Əzizova adlı istifadəçi daha sonra başına gələnləri belə nəql edir:
"Mən "Push30" platformasının aktiv abunəçisiyəm, ödənişimi tam etmişəm. Keçən günlərdə hesabımı tamamilə əsassız şəkildə bloklayıblar. Səbəb kimi isə mənə bildirirlər ki, guya mənim əvəzimdən zala qızım daxil olub.
Gülünc və absurd olan isə budur: Qızımın rəsmi olaraq öz adına aktiv Atilla fitness kartı var! Öz kartı olan bir insan niyə başqasının hesabı ilə zala girməlidir? Biz qızımla birgə gedirik, o öz kartını vurur həmişə mən isə push 30la keçirəm. Ortada heç bir kamera görüntüsü, heç bir maddi sübut yoxdur. Sadəcə oturub özlərindən bir "şər-böhtan" ssenarisi uydurublar.
İndi isə: ❌ Nə hesabımı açırlar, ❌ Nə də istifadə edə bilmədiyim günlərin pulunu geri qaytarırlar.
Açıq-aşkar vətəndaşın pulunu mənimsəyirlər və müştəri xidmətləri standart robot cavablarından başqa heç bir köməklik göstərmir. Belə bir özbaşınalıq, belə bir yiyəsiz sistem ola bilməz! Ödəniş alanda hər şey əladır, problem düşəndə isə müştərini günahkar çıxarıb ortadan qaçırlar.
Məsələ ilə bağlı artıq İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və bankıma (Chargeback prosesi üçün) rəsmi müraciətlər olunur. Kiminsə haqqını bu şəkildə tapdalamağınıza icazə verməyəcəm..."(Dia-az)



Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48