Sibel Can evlənir - Toy Mayamidə olacaq


56 yaşlı türkiyəli müğənni Sibel Can evlənir.

O, özündən 10 yaş kiçik iş adamı Emir Sarıgül ilə ailə həyatı qurur.

Məlumata görə, onların toyu yay aylarında Mayamidə baş tutacaq.

Qeyd edək ki, S.Can 1988-1999-cu illərdə aktyor Hakan Uralla evli olub. Bu evlilikdən Engincan və Melisa adlı iki uşaqları var. 2000-ci ildə isə podratçı Sulhi Aksütlə evlənən Canın bu evlilikdən Emir adında bir oğlu olub. Cütlük qısa müddət sonra boşanıb.

“Qafqazinfo”

Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT


Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib.
İdarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdə mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi-mədəni abidələrin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur.

Məlumatlarda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranıb. Xüsusilə, tarixi-mədəniyyət abidələrinin qorunması üçün ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi iddia olunur.
Eyni zamanda, regionun musiqi məktəblərində bəzi müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirildiyi, bunun müqabilində isə onların əməkhaqlarından müəyyən məbləğlərin tutulduğu bildirilir. İddialara görə, bu vəsaitlər digər qanunsuz gəlirlərlə birlikdə mütəmadi şəkildə toplanır.
Mənbənin məlumatına əsasən, Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, kitabxanalar, rəsm məktəbləri, qalereyalar, klublar, muzeylər və digər mədəniyyət müəssisələrində həyata keçirilən tikinti, cari və əsaslı təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin bir hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı da məlumatlar var.
Bundan başqa, iddialarda qeyd olunur ki, Regional Mədəniyyət İdarəsində keçirilən tender prosesləri zamanı iştirakçı şirkətlərlə bağlı qərarlar Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə razılaşdırılır. Mənbə tender şirkətlərinin müəyyən edilməsində nazir müavininin rolunun olması ilə bağlı sualların yarandığını vurğulayır.
İddialara görə, 2025-2026-cı illərdə cari təmir işlərinin aparılması üçün ayrılmış tender vəsaitlərinin təxminən 10 faizinin mənimsənildiyi, bu prosesdə bəzi podratçı şirkətlərin də iştirak etdiyi bildirilir.
Qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, rüşvətalma və digər korrupsiya xarakterli hüquq pozuntuları kimi qiymətləndirilə bilər.(Yerli.media)

Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT


Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canana ilə İTV-nin tanınmış aparıcısı Saleh Bağırov arasında qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, aparıcı Canananı sosial şəbəkədə sərt ifadələrlə tənqid edib. Qarşı tərəf isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və məhkəmə prosesinə başlayacağını açıqlayıb.

Qalmaqalın yaranmasına səbəb bloqer Sulinin Canana haqqında tənqidi fikirlər səsləndirməsi olub. Saleh Bağırov isə bloqerin paylaşımına münasibət bildirərək bu fikirləri yazıb:

"Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə heç yerdə görünməsin və yerini bilsin! Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara!"

Canana isə məsələ ilə bağlı İctimai Televiziyanın rəhbərliyinə müraciət ünvanlayıb.
O, paylaşımında bildirib:

"Hörmətli İctimai Televiziyanın rəhbərliyi, Sizin kanalın siması olan Saleh Bağırov sosial şəbəkədə bir Azərbaycan qadınını – üç övlad anasını açıq şəkildə təhqir edib, alçaldıcı ifadələr işlədib. Mənə maraqlıdır, bu ixtiyarı ona kim verir? Sizmi? Kanalın adına arxayın olubmu bir qadının ləyaqətini bu qədər rahat tapdalayır?

Mən ictimai bir insanam, üç uşağın anasıyam və hər şeydən öncə Azərbaycan qadınıyam. Ən azından Saleh Bağırovun mənə hörməti yoxdursa belə, Mətanət İskəndərliyə hörməti olmalı idi. Çünki mən onun nəvələrinin anasıyam.

Bir kişinin sosial şəbəkədə qadını bu qədər alçaltması nə kişiliyə, nə etikaya, nə də qanuna sığır. Aparıcı olmaq insanlara nümunə olmaq deməkdir, insanları təhqir etmək yox.

Baş verənlə bağlı artıq hüquqi addımlar atılır. Vəkilim bu məsələ ilə məşğuldur və Saleh Bağırov barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək, məhkəmə prosesi başladılacaq.

Heç kim düşünməsin ki, ekran üzü olmaq ona qadın heysiyyəti ilə oynamaq haqqı verir."

Məsələ sosial şəbəkələrdə ciddi rezonans doğurub. İstifadəçilərin əksəriyyəti Saleh Bağırovun səsləndirdiyi fikirləri sərt tənqid edib və aparıcının bu addımını qınayıb.

“Yaxşılıq edib çəkirsənsə, demək niyyətin başqadır” – Əməkdar artist


“Çəkib paylaşırsansa, demək ki, bu yaxşılıq Allah rizası üçün deyil”.

Yenicag.azxəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Sahib İbrahimov “İncəSəhər” verilişində deyib.

Sənətçi kiməsə yaxşılıq edib, bundan özünü reklam etmək üçün istifadə edən insanlara səslənib:

“Edilən yaxşılığı qarşı tərəf, özün və Allah bilirsə, bu, kifayətdir. Kiməsə kömək edib, onu çəkib paylaşmağa lüzum yoxdur onu onsuz da bilən bilir. Çəkib paylaşırsansa, demək ki, bu yaxşılıq Allah rizası üçün deyil. Sən özünü çəkib reklam etmək, camaata “yaxşı oğlan” və ya “yaxşı xanım” olduğunu göstərmək istəyirsən. Elə o etdiyin hörməti sakitcə et; qoy o bilsin, Allah bilsin, bəsdir”.

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə


Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın konsertindən əvvəl bədbəxt hadisə baş verib.

Bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şakiranın mayın 2-si Rio-de-Janeyroda keçiriləcək konserti üçün səhnəni quraşdıran fəhlələrdən biri xəsarət alaraq həyatını itirib.

“Zərərçəkən qaldırıcı sistemdə sıxılma nəticəsində aşağı ətraflarından ağır xəsarətlər alaraq ölüb”, - məlumatda deyilir.

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”


Rusiyalı məşhur müğənni Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə toyun onun üçün gözlənilməz olduğunu söyləyib.


Bu barədə “StarHit” nəşri məlumat yayıb.


O, Puqaçova ilə nikaha “Oktyabrski” konsert zalının direktoru Emma Lavrinoviçin vəsilə olduğunu bildirib.


Belə ki, Kirkorov 1994-cü ilin aprelində konsertdən sonra Puqaçova, dostları və Sankt-Peterburqun o vaxtkı meri Anatoli Sobçak ilə birlikdə olduqları zaman bu qərara gəldiklərini iddia edib:


“Məlum oldu ki, ənənəvi olaraq şəhər meri ildə bir dəfə hər hansı cütlüyü evləndirməlidir. O zaman Lavrinoviç mənə Sankt-Peterburqa olan sevgim və bir gün məhz bu şəhərdə evlənmək arzusunda olduğumla bağlı sözlərimi xatırlatdı. Emma Vasilyevna dedi ki, sözünə əməl etməyin vaxtıdır”.


Məşhur müğənni bu təklifdən yayınmağa çalışdığını, bunun üçün hətta pasportunun olmadığını uydurduğunu söyləyib.


“Amma Anatoli Sobçak artıq növbəti gün pasport məsələsini həll etdi”, - o deyib.


Buna baxmayaraq, Kirkorov Puqaçova ilə nikahının ilk 10 ilinin xoşbəxt keçdiyini, sonra isə hər şeyin alt-üst olduğunu bildirib:


“Çox gözəl vaxtlar idi. Kim nə deyirsə desin, onu minnətdarlıqla xatırlayıram. Qalan hər şey isə həyatdır, kimininki gətirir, kimininki isə gətirmir”.


Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Boşandıqdan sonra Puqaçova televiziya aparıcısı Maksim Qalkinlə ailə qurub. Cütlük 2022-ci ildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına etiraz edərək ölkəni tərk edib.

Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”


“Götürüb bu görüntünü paylaşdılar ki, Türkan canlı oxuya bilmir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Öz aramızda” verilişində deyib.

Sənətçi hər an ona pislik etməyə hazır olan düşmənlərindən danışıb:

“Yaxşı bir iş görəndə çalışırlar məni əzsinlər, vursunlar. Bu yaxınlarda toyda canlı ifa zamanı musiqiçinin səhvi üzündən bir məqam oldu, çaş-baş qaldım. Götürüb bu görüntünü paylaşdılar ki, Türkan canlı oxuya bilmir. Vallah, mən muğamları da, onun şöbələrini də yaxşı bilirəm. Canlı da oxuyuram. Bunu bilərəkdən paylaşmışdılar.

Bunu kimlərin etdiyini də bilirəm. Bu gün gündəmdəyəmsə, yaxşı işlər görürəmsə, efirlərdəyəmsə, əlbəttə ki, məni əzməyə və vurmağa çalışacaqlar. Əvvəllər buna fikir verirdim, amma indi fikir vermirəm. Onlara görə vaxtımı itirmək istəmirəm. Baxırsan, adamı elə linç edirlər… Yazanlar da sənətkarlardır, ayıbdır sizin üçün. İnsanıq, xaric də oxumaq olar”.

Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”


“Fani dünyada baş verənləri dərk edən yoxdur, amma axirətdə o insanları böyük bir imtahan gözləyir”.

Bu sözləri Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov “Gün ortası” verilişində qonaq olarkən deyib.

Sənətçi teatr mühitindəki bəzi həmkarlarını kəskin tənqid edərək, onlarla münasibətini kəsdiyini bildirib:

“Teatrda elə sənəti, titulu olan adamlar var ki, mən onlara salam belə vermirəm. Adlarını açıqlamayacağam, lakin demək ki, onlar həmin salama layiq deyillər. Teatrın maskasının bir üzü gülürsə, digər üzü kədərdir. Bizim həyatımız da belədir; içimiz özümüzü yandırır, çölümüz özgəni…”.

Gənclərə qarşı hər zaman qayğıkeş olduğunu vurğulayan aktyor, paxıllıq edənlərə isə xəbərdarlıq edib:

“Heç vaxt gənclərin qəlbinə dəymirəm. Həmişə onların dərdini dinləyirəm, əlimdən gələn köməkliyi göstərirəm. Amma elə adamlar var ki, kiminsə yıxılmasına, əzilməsinə kənardan baxıb sevinirlər. Mən ustadım Əliağa Ağayevdən böyük-kiçik yeri bilməyi, hörmət etməyi görmüşəm. Unutmasınlar ki, bu dünya fanidir. Bəlkə elə mənim özümü də axirətdə böyük imtahan gözləyir… Günahsız insan yoxdur”.

Yenicag.az

Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO


Müğənni fəaliyyəti ilə məşğul olan Asya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib.

Milli.Az xəbər verir ki, A.Məmmədli açıqlamasında bildirib ki, sevgilisi Emil Babayev adlı şəxs tərəfindən döyülüb.

Onun sözlərinə görə, dəfələrlə Emil Balayev tərəfindən hücumlara məruz qalıb. Sonuncu dəfə isə onun tərəfindən döyülüb və hətta E.Balayev onu bıçaqlamaq da istəyib. Digər şəxslərin müdaxiləsindən sonra isə bunun qarşısı alınıb.

Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni xəstəxanaya yerləşdirildiyini qeyd edib.

VİDEO LİNKDƏ: https://dia-az.org/ana-xeber/478289-mugenni-sevgilisi-terefinden-doyuldu-xestexanaya-yerleshdirildi.html

İllər sonra ekranlara qayıdır


Uzun müddətdir ekranlardan uzaq qalan Qamze Özçelik yenidən çəkiliş meydançasına qayıdır.

Məşhur aktrisa yeni serial layihəsi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Məlumata görə, Özçelik TRT Tabii üçün hazırlanan “Operasyon Alesta” serialında rol alacaq. İddialı layihənin güclü aktyor heyəti ilə diqqət çəkdiyi bildirilir.

Qeyd edək ki, Qamze Özçelik 2000-ci ildə “Miss Türkiyə” yarışmasında ikinci yer tutduqdan sonra aktyorluğa başlayıb və “Arka Sokaklar” serialında canlandırdığı “Zeynep” obrazı ilə tanınıb. Son illərdə isə o, xeyriyyə fəaliyyəti ilə gündəmdə olub.

Xəbər lenti

 “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
17:54
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
17:21
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
16:52
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
16:33
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
12:56
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
12:37
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
11:59
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
11:23
"Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!
10:45
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
09:59
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
09:21
Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29